Hər ortodont üçün konfranslar, seminarlar və master-klasslar

Sizə Faydalı Tədbirlərə Qatılın

Azərbaycan Ortodontistlər Assosiasiyası peşəkar inkişafı və ictimaiyyətlə əlaqəni dəstəkləmək üçün il ərzində müxtəlif tədbirlər təşkil edir. Beynəlxalq konqreslərdən tutmuş praktiki seminarlara qədər tədbirlərimiz ortodontistləri məlumatlandırmaq və ruhlandırmaq üçün nəzərdə tutulub.
c8d88a479b91ab04cb2f2410c2b60db5

Son Tədbirlər

adenta 15 may gorus scaled

15 May – Dünya Ortodontik Sağlamlıq Günü münasibətilə adentta.az şirkətinin təşkilatçılığı və azena.az-ın təşkilati dəstəyi ilə Azərbaycan Ortodontlar Dərnəyi üzvləri üçün xüsusi tədbir təşkil olundu.

Bu xüsusi gün ortodontiya sahəsinin əhəmiyyətini bir daha vurğulamaq və sahənin peşəkarlarını bir araya gətirmək üçün gözəl fürsət oldu. Tədbir çərçivəsində üzv ortodontlar bir araya gələrək, ortodontik sağlamlıqla bağlı aktual mövzular müzakirə edildi, fikir mübadiləsi aparıldı və gələcək əməkdaşlıqlara dair vacib ideyalar irəli sürüldü.

Azərbaycan Ortodontlar Dərnəyi olaraq, tədbirin yüksək səviyyədə keçirilməsinə verdikləri töhfəyə görə adentta.az və azena.az komandalarına dərin təşəkkürümüzü bildiririk.

paro orto scaled

15 iyun tarixində baş tutan Orto-Perio elmi tədbiri, ortodontiya və parodontologiyanın bir-biri ilə sıx əlaqəsini əhatə edən dəyərli müzakirələrlə yadda qaldı. Tədbirdə Azərbaycanın tanınmış mütəxəssisləri — PhD Hüsseyn Ağazadə və PhD Cavid Əhmədbəyli öz elmi çıxışları ilə səhnə aldılar.

İlk olaraq PhD Hüsseyn Ağazadə çıxış edərək ortodontik müalicə zamanı parodontoloji aspektlərə toxundu. O, parodontal sağlamlığın ortodontik müdaxilə zamanı nəzərə alınmasının əhəmiyyətini vurğuladı və klinik nümunələr üzərindən aktual yanaşmaları iştirakçılarla paylaşdı.

Daha sonra PhD Cavid Əhmədbəyli söz aldı və parodontoloji müalicədə ortodontik aspektlərə diqqət çəkdi. Onun təqdimatı, parodontoloji xəstələrin müalicə planlamasında ortodontik müdaxilənin düzgün zamanlaması və strategiyası barədə ətraflı məlumatları ehtiva edirdi.

2 ci sinif keys muzakiresi
17 Mart 2025-ci il tarixində Azərbaycan Ortodontlar Dərnəyinin təşkilatçılığı ilə baş tutan “Sinif 2 Anomaliyaların Müalicəsində Zamanda Səyahət” mövzusunda keçirilən Keys Müzakirəsi uğurla yekunlaşdı. Tədbirin əsas spikeri — PhD. Uzm. Dr. Orxan Salmanlı, iştirakçılarla öz dəyərli təcrübələrini və kliniki yanaşmalarını paylaşaraq maraqlı mühazirə təqdim etdi. İştirakçılar üçün həm elmi, həm də praktik dəyər qazandıran bu müzakirə, ortodontiya sahəsində biliklərin dərinləşdirilməsi və yeni yanaşmaların mənimsənilməsi baxımından mühüm rol oynadı.

Bizə Qoşul

Sizi Azərbaycanda ortodontiyanın inkişafı səyahətimizə qoşulmağa dəvət edirik. Üzvlük üstünlüklərimiz və missiyamıza necə töhfə verə biləcəyiniz haqqında ətraflı məlumat əldə edin.