15 May – Dünya Ortodontik Sağlamlıq Günü münasibətilə adentta.az şirkətinin təşkilatçılığı və azena.az-ın təşkilati dəstəyi ilə Azərbaycan Ortodontlar Dərnəyi üzvləri üçün xüsusi tədbir təşkil olundu.
Bu xüsusi gün ortodontiya sahəsinin əhəmiyyətini bir daha vurğulamaq və sahənin peşəkarlarını bir araya gətirmək üçün gözəl fürsət oldu. Tədbir çərçivəsində üzv ortodontlar bir araya gələrək, ortodontik sağlamlıqla bağlı aktual mövzular müzakirə edildi, fikir mübadiləsi aparıldı və gələcək əməkdaşlıqlara dair vacib ideyalar irəli sürüldü.
Azərbaycan Ortodontlar Dərnəyi olaraq, tədbirin yüksək səviyyədə keçirilməsinə verdikləri töhfəyə görə adentta.az və azena.az komandalarına dərin təşəkkürümüzü bildiririk.
15 iyun tarixində baş tutan Orto-Perio elmi tədbiri, ortodontiya və parodontologiyanın bir-biri ilə sıx əlaqəsini əhatə edən dəyərli müzakirələrlə yadda qaldı. Tədbirdə Azərbaycanın tanınmış mütəxəssisləri — PhD Hüsseyn Ağazadə və PhD Cavid Əhmədbəyli öz elmi çıxışları ilə səhnə aldılar.
İlk olaraq PhD Hüsseyn Ağazadə çıxış edərək ortodontik müalicə zamanı parodontoloji aspektlərə toxundu. O, parodontal sağlamlığın ortodontik müdaxilə zamanı nəzərə alınmasının əhəmiyyətini vurğuladı və klinik nümunələr üzərindən aktual yanaşmaları iştirakçılarla paylaşdı.
Daha sonra PhD Cavid Əhmədbəyli söz aldı və parodontoloji müalicədə ortodontik aspektlərə diqqət çəkdi. Onun təqdimatı, parodontoloji xəstələrin müalicə planlamasında ortodontik müdaxilənin düzgün zamanlaması və strategiyası barədə ətraflı məlumatları ehtiva edirdi.
Tədbir, yalnız məruzələrlə kifayətlənməyərək, aktiv müzakirə formatında davam etdi. İştirakçılar suallar verməklə yanaşı, praktiki təcrübələrini bölüşərək tədbiri daha da interaktiv və elmi baxımdan dəyərli etdilər.
Orto-Perio tədbiri ortodontiya və parodontologiyanın kəsişməsində çalışan mütəxəssislər üçün həm nəzəri, həm də praktik biliklərin paylaşılması baxımından olduqca faydalı oldu. Azərbaycanın iki aparıcı həkiminin bir araya gəldiyi bu tədbir, elmi əməkdaşlıq və bilik mübadiləsinin gözəl nümunəsi kimi yadda qaldı.
15 iyun tarixində, Azərbaycan Ortodontlar Dərnəyi sizi mühüm bir elmi müzakirəyə dəvət edir!Səhər yeməyi konseptində keçiriləcək bu görüşdə, Dr. Cavid Əhmədbəyli və Dr. Hüseyn Ağazadə ortodontik və parodontoloji müalicələrin qarşılıqlı təsirini real keyslər üzərində izah edəcəklər.📅 Tarix: 15 iyun ⏳ Saat: 09:30 – 14:00Yerlər məhduddur – qeydiyyat üçün əlaqə saxlayın! 📲 DM və ya WhatsApp: +994 50 777 16 15
Saytdakı bütün məlumatlar yalnız məlumat məqsədi daşıyır və peşəkar məsləhətin əvəzi ola bilməz. Fərdi müalicə üçün mütəxəssislərimizlə məsləhətləşin. Sayt məzmununun icazəsiz istifadəsi qəti qadağandır.